Haqqımızda
“YUQA MOTORS” MMC 31 may 2007-ci ildə Azərbaycan Respublikası ədliyyə Nazirliyindən dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq 01 sentyabr 2007-ci ildən fəaliyyətə başlamışdır.
Şirkətmizdə satış, logistika, servis və ümumi şöbələr olmaqla 28 nəfər işçi çalışır. Bütün işçilərimiz “GRBS Servises” şirkətindən beynəlxalq standardlara uyğun treyninqlərdə iştirak etmiş və peşəkar menecer, uğurlu satış, müştərilərlə əlaqələrin idarə edilməsi üzrə sertikatlarla təmin edilmişlər.
Qeyd edək ki, şirkətimizin Binəqədi rayon Rəsulzadə qəsəbəsində 1 ha sahədə böyük avtotexnikaların texniki servisi fəalliyyət göstərir. Servisdə satılan bütün texnikalara verələn təminatı həyata keçirməklə yanaşı, yaranmış bütün nasazlıqlar və istənilən təmir xidməti peşəkar mütəxəssislər tərəfindən aradan qaldırılır.
Şirkətimizin fəaliyyəti əsasən respublikamıza Çin Xalq Respublikasından frontal yükləyici, avto və qülləli kran, buldozer, özüboşaldan yük maşını, yolbasan, yəhərli dartıcı, betonqarışdıran, avtopompa və s. kimi ağır teknikaların, həmçinin texnikaların təminatını və satışını təşkil etmək üçün ehtiyyat hissələrini idxal etməkdən ibarətdir.
Onu da qeyd edək ki, şirkətimiz 2007-ci ildən Çin Xalq Respublikasının ən qabaqcıl şirkətlərindən olan “Xuzhou Construktion Machinery Group İmp & Exp Co.LTD” və “China National Heavy Duty Truck Croup Jinan Truck Co LTD”, ABŞ-ın “CNH INTERNATIONAL S.A.”, Fransanın “VANDEL SAS” kimi tanınmış şirkətlərin Azərbaycanda yeganə rəsmi distribyutorudur.
Bundan əlavə, şirkətimiz Çin Xalq Respublikasının “GUIZHOU JONYANG KINETICS CO LTD”, “GREAT WALL MOTOR COMPANI LIMITED”, “SHANDONG SEM MACHİNERY CO LTD”, “HONGKONG SİNO-KİNG MACHİNERY & EQUIPMENT CO. LIMITED” kimi zavodları ilə də sıx əməkdaşlıq edir.
“YUQA MOTORS” MMC həmçinin ölkəmizin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident Aparatının İşlər İdarəsi, Dünya Bankı, “Gilan Holdinq”, “Akkord” ASC, “DİA Holdinq”, “Azevrotrans” MMC, “Körpü-bina tikinti” MMC, “VEUS Holdinq” və s. kimi müəssisələrini həm ağır texnikalarla təmin etmiş, həm də onların təminatına və təmirinə yüksək səviyyəli texniki xidməti göstərir.
Müəssisəmiz fərdi və hüquqi şəxslərin də mövcud fəaliyyətini genişləndirmək və onları tikinti texnikaları ilə təmin etmək məqsədi ilə “Uni Lizinq”, “Pareks Lizinq and Faktorinq”, “Standard lizinq”, “Joint Lzing Kompani” QSC, “Ata lizinq” MMC, “Ansar Lizinq” və digər lizinq şirkətləri ilə də bilavasitə əməkdaşlıq edir.
Son aldığımız statistik məlumatlara əsasən şirkətimizin satış dövriyyəsi bazarda texnika satışının 30%-ni təşkil edir. Bu isə mövcud şirkətlərin satışı ilə müqaisədə yaxşı göstərici hesab edilir.
Xüsusilə vurğulamaq lazımdır ki, şirkətimiz ölkəmizdə müxtəlif sahələrdə keçirilən tenderlərdə fəal iştirak edir. Belə ki, 2010-cu ildə şirkətimiz Balaxanı bərk məişət tullantılarının vahid idarəçilik layihəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və istixanaların quraşdırılmasına dair “Aqrolizinq” ASC tərəfindən keçirilmiş tenderlərin qalibi olmuşdur.